Dünya

Almaniya əhalini səbirli olmağa çağırdı - Koronavirusa görə

6 Yanvar 2021 21:10
Baxış: 839
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın Səhiyyə Nazirliyi əhaliyə çağırış ünvanlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, nazirliyin çağırışında insanların səbirli olması və həmrəylik göstərməsi xahiş olunub. Vaksinasiya prosesi ilə bağlı cəmiyyətdəki tənqidləri anlayışla qarşıladıqlarını və problemlərin tez bir zamanda aradan qaldırılacağı bildirilib.

"Vaksinasiya prosesi tezliklə xalqın dilədiyi şəkildə gerçəkləşdirilməyə başlayacaq. İnsanlardan xətalara görə üzr istəyirik", - deyə çağırışda qeyd olunub. Bildirilib ki, tezliklə vaksinasiya yekunlaşacaq və həyat öz axarına qayıdacaq.

Xatırladaq ki, Almaniya vaksinasiya məntəqələrində uzun növbələrin yaranması və prosesin düzgün təşkil olunmamasına görə sıxlıq yaşanması və vaxt itkisi insanların böyük narazılığına səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.