Dünya

Ən cəlbedici pasportlar

6 Yanvar 2021 23:10
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin "Henley&Partners" şirkəti pasportların cəlbedicilik reytinqini tərtib edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, analitiklər həmin reytinqi tərtib edərkən bu və ya digər ölkənin pasportunun sahibinin başqa ölkələrə vizasız gedə bilmək imkanını əsas götürüblər. Bu il İspaniya həmin reytinqdə dördüncü yeri İtaliya, Finlandiya və Lüksemburqla bölüşüb. İspan pasportu 188 ölkəyə vizasız getməyə imkan verir.

Reytinqdə birinci yeri yenə Yaponiya tutur - onun vətəndaşları üçün 191 ölkənin qapıları açıqdır. Reytinqin ikinci sətrində Sinqapur yer alıb (190 ölkə). Üçüncü yeri Cənubi Koreya və Almaniya bölüşüb (189 ölkə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.