Dünya

Kim Çen In iqtisadi planın uğursuzluqla nəticələndiyini elan etdi

6 Yanvar 2021 17:09
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyanın beş illik planının hədəflərinə iqtisadiyyatın demək olar ki, heç bir sahəsində nail olunmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu KXDR lideri Kim Çen In hakim partiyanın qurultayının açılışında çıxış edərkən deyib.

Kim Çen In ölkədə 2020-ci ilin sonuna qədər tamamlanmalı olan planın hədəflərinə praktik olaraq heç bir sektorda nail olunmadığını açıqlayıb. O qeyd edib ki, buraxılan səhvlər diqqətlə təhlil edilməlidir.

Eyni zamanda, KXDR rəhbəri koronavirus pandemiyası zamanı çətinlikləri qətiyyətlə dəf edən İşçi Partiyasının və KXDR xalqının parlaq uğurları barədə də qeyd edib.

Gələcək beş illik iqtisadi planın ölkə tarixində səkkizinci dəfə keçirilən partiya qurultayında qəbul ediləcək. ABŞ və Cənubi Koreyaya qarşı yeni bir siyasət xəttinin də təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, daha əvvəl Koreya Əmək Partiyasının 75 illiyi şərəfinə təşkil olunan hərbi paradda etdiyi çıxışda Şimali Koreya lideri Kim Çen In xalq qarşısında etdiyi səhvlərə görə üzr istəyib və göz yaşı tökmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.