Dünya

Hindistanın dörd ştatında "quş qripi" yayılıb

6 Yanvar 2021 22:20
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir neçə gün ərzində Hindistanın müxtəlif ştatlarında minlərlə quş tələf olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna "quş qripi" infeksiyasının səbəb olduğu təsdiqlənib.

Qeyd olunur ki, tələfat ölkənin 4 ştatında, Himaçal-Pradeş, Madhya-Pradeş, Kerala və Racasthan ştatlarında qeydə alınıb.

Ölkənin şimalındakı Himaçal-Pradeş ştatında 1 700, cənubdakı Kerala ştatında bir neçə min quş tələf olub.

Bundan başqa, Keralada 36 minədək ev quşunun tələf edilməsi planlaşdırılır.

Mütəxəssislər ölən quşlarda H5N8 qrip virusunu aşkar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.