Son bir neçə gün ərzində Hindistanın müxtəlif ştatlarında minlərlə quş tələf olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, buna "quş qripi" infeksiyasının səbəb olduğu təsdiqlənib.
Qeyd olunur ki, tələfat ölkənin 4 ştatında, Himaçal-Pradeş, Madhya-Pradeş, Kerala və Racasthan ştatlarında qeydə alınıb.
Ölkənin şimalındakı Himaçal-Pradeş ştatında 1 700, cənubdakı Kerala ştatında bir neçə min quş tələf olub.
Bundan başqa, Keralada 36 minədək ev quşunun tələf edilməsi planlaşdırılır.
Mütəxəssislər ölən quşlarda H5N8 qrip virusunu aşkar edib.
Milli.Az