Dünya

Yaponiyada yarım kiloqram albalı 10 min dollara satıldı

6 Yanvar 2021 13:19
Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Yamaqata əyalətində 500 qram çəkisi olan albalı yeşiyi 10 min dollara satılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, xüsusi növ hesab edilən albalı hərrac yolu ilə satışa çıxarılıb. Qiymətin bu qədər fantastik olması yetişdirmə texnologiyası ilə izah edilir.

Belə ki, bu növdən olan albalının yetişdiyi ağaclar xüsusi qablarda böyüyür. İyundan oktyabr ayının əvvəlinə qədər bir soyuducuya qoyulur və sonra istixanaya köçürülür. İstixana albalı ağaclarını gündüz 25 dərəcə, gecə 13 dərəcə isti saxlayır. Həmçinin bu ağaclar xüsusi qulluq tələb edir və yetişməsi olduqca çətin başa gəlir. Həssas bitki olduğundan, qiymət də bu qədər fantastik olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.