Dünya

Putin Merkellə peyvəndin birgə istehsalı imkanlarını müzakirə etdi

5 Yanvar 2021 16:14
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti açıqlama yayıb. Telefon danışığı zamanı ölkə liderləri bir-birilərini Milad və Yeni il münasibətilə təbrik edib və bir sıra aktual məsələləri müzakirə ediblər.

"Koronavirus pandemiyasına qarşı mübarizə məsələləri və peyvəndlərin birgə istehsalının mümkün perspektivləri barədə müzakirə aparılıb. Bu mövzuda iki ölkənin səhiyyə nazirlikləri və digər ixtisaslaşmış strukturları arasında əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinib",- deyə açıqlamada qeyd olunub.

Bununla yanaşı telefon danışığı zamanı Minsk Tədbirlər Paketinin həyata keçirilməsi və Normandiya sammitləri zamanı əldə edilmiş razılaşmalar kontekstində Ukraynanın daxili nizamlanmasına dair bəzi məqamlara da toxunulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.