Hadisə

İki yük maşını toqquşdu: Ölən və yaralanan var - FOTO

12 Oktyabr 2025 16:18
Baxış: 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

"AzəriMed" QSC-yə məxsus "İsuzu" markalı avtomobil arxadan "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "İsuzu"nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıq Vasif oğlu Sadıqov hadisə yerində ölüb. Sərnişin, Goranboy sakini, 1987-ci il təvəllüdlü Aslan Mikayıl oğlu Aslanov Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.