Dünya

ABŞ Çin şirkətlərini bazardan çıxarmağa başladı

5 Yanvar 2021 15:44
Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Çin şirkətlərini bazardan çıxarmağa başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Nyu-York birjaları ilkin olaraq 3 Çin şirkətini birja siyahısından çıxarmağa qərar verib.

"China Telecom", "China Mobile" və "China Unicom Hong Kong" şirkətləri siyahıdan çıxarılıb. Çinin Ticarət Nazirliyi isə qərar etiraz edərək şirkətlərin hüquqlarının müdafiəsinə qalxacaqlarını bəyan edib.

Qərarın Donald Trampın təlimatı ilə verildiyi bildirilir. Belə ki, Donald Tramp 12 noyabr 2020-ci ildə Çin ordusunun hissələrinə sahib olduğu şirkətlərin ölkə ərazisində fəaliyyətini yasaqlamışdı.

Çinin Ticarət Nazirliyi isə qərar etiraz edərək şirkətlərin hüquqlarının müdafiəsinə qalxacaqlarını bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.