Dünya

Dağıstanda daha bir zəlzələ qeydə alınıb

3 Yanvar 2021 13:42
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecəRusiyanın cənubu Dağıstanda 4.2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin respublika qərargahının saytında məlumat verilir.

Ölənlər, xəsarət alanlar və dağıntılar haqqında məlumat verilməyib.

Bildirilir ki, Rusiya Elmlər Akademiyasının stansiyası 4,2 bal gücündə seysmik hadisəni Dərbənd rayon sahillərindən 10 kilometr aralıda, 02:07-də ​​(GMT+4) qeydə alıb. Zəlzələnin 30 kilometr dərinlikdə baş verdiyi qeyd olunur.

Xatırladaq ki, bir gün əvvəl respublikada 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Dərbənddən 21 kilometr aralı məsafədə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.