Ölkə

Şərurlu İsfəndiyar məhkəməyə gəldi - FOTO

13 May 2025 15:40
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xüsusi ittiham qaydasında məhkəməyə verilən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı növbəti məhkəmə prosesi keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən iş adamı Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.