Dünya

Danimarka hökuməti sərt karantin rejiminin müddətini uzatmaq qərarına gəlib

31 Dekabr 2020 23:05
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarka hökuməti sərt lokdaunu yanvarın 17-dək uzatmaq qərarına gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qərarın qəbul edilməsi hökumətin ölkə ərazisində COVID-19-un yayılmasını məhdudlaşdırmaq niyyətindən irəli gəlir.

Məhdudlaşdırıcı tədbirlərin uzadılması nəticəsində məktəblər, ticarət mərkəzləri, restoranlar, teatrlar və digər ictimai obyektlər bağlı qalacaq. Ölkədə məhdudiyyətlər digər sahələrə də tətbiq edilir.

Məhdudiyyətlərə baxmayaraq, bu ay ərzində Danimarkada koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayında artım müşahidə edilib. Son məlumatlara görə, ölkədə ümumilikdə 158 min 447 COVID-19-a yoluxma faktı qeydə alınıb, 1226 nəfər isə, həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.