Dünya

Baş nazir: Gürcüstanda ümumi sərt karantinin elan olunacağı planlaşdırılmır

30 Dekabr 2020 21:15
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gürcüstan ərazisində ümumi sərt karantinin elan olunacağı ilə bağlı yayılan məlumatların əsası yoxdur. Ölkədə tam qapanmanın tətbiqi planlaşdırılmır".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.

Onun sözlərinə görə, avtomobillər və piyadaların hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulmur. Yalnız dekabrın 24-dən fəaliyyətinə icazə verilən ticarət obyektləri gələn ilin yanvarın 3-dən etibarən bağlanacaq.

"Biz artıq məhdudiyyətlərin müsbət nəticələrini müşahidə edirik. Əlavə digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək", - deyə, G.Qaxaria vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, ölkənin səhiyyə sistemi cari epidemioloji vəziyyətin öhdəsindən gələ bilir və narahatçılığa əsas yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.