Dünya

Türkiyədə qar uçqunu altında qalan daha bir əsgərin meyiti tapıldı

28 Dekabr 2020 16:04
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakkarinin Semdinli rayonunda qar uçqunu altında qalan daha bir əsgərin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (TMN) məlumat yayıb.

Qeyd edək ki, dünən güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolunu açmaq üçün əsgərlərin xidmətindən də istifadə olunub. Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçqun altında qalıb. Dünən onlardan birinin meyiti tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.