Dünya

Test vermək adı ilə qonşusunu xəstəxanaya çağırıb evini soydu

28 Dekabr 2020 14:42
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Denizli şəhərində qonşusunun evində kassa olduğunu öyrənən 24 yaşlı Fateh T. ona qarşı fırıldaqçılıq edib.

Milli.Az "Haber Global"-a istinadən məlumat verir ki, həmin şəxs səhiyyə işçisi adı ilə qonşusu Mustafa N.-ə zəng edərək, onun və arvadının təcili koronavirus testindən keçmələri üçün xəstəxanaya gəlmələrini deyib.

Onlar xəstəxanaya getmək üçün evdən çıxında Fateh T. üç nəfərlə əlbir olaraq onun evinə girib və içində 150 min lirə (33 330 AZN) olan kassanı aparıblar.

Koronavirus testi neqativ çıxdıqdan sonra evinə qayıdan Mustafa N. kassanın aparıldığını görəndə polisə xəbər verib.

Nəzarət kamelarına əsasən cinayəti törədənlər tapılaraq saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.