Dünya

Barens dənizində balıqçı gəmisi batıb, 17 nəfər itkin düşüb

28 Dekabr 2020 11:01
Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Barens dənizində balıqçıların olduğu "Oneqa" gəmisi batıb. Gəminin göyərtəsində olan 19 nəfərdən ikisi xilas edilib, 17 nəfər itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Hadisə barədə məlumat bu gün səhər saatlarında daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.
"Ekipaj 19 nəfərdir. İki nəfər xilas edilib", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hazırda "Voykovo" gəmisinin heyəti balıqçıların axtarışı ilə məşğuldur, hadisə yerinə əlavə üç gəmi göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.