Dünya

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına dekabrın 27-də start veriləcək

25 Dekabr 2020 21:12
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada koronavirusa qarşı vaksinasiya kampaniyasına dekabrın 27-də start veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Federal Kansler Sebastian Kurts digər Avropa İttifaqı ölkələri kimi Avstriyada da ilk növbədə risk qrupuna daxil olan şəxslərin peyvənd ediləcəyini elan edib. O bildirib ki, Aİ ərazisində vaksinasiya prosesi nə qədər tez başlasa, bir o qədər də insan həyatı xilas edilə bilər: "Çünki pandemiyaya qarşı mübarizədə Avropada hər ötən gün hazırda minlərlə insanın ölümü və saysız-hesabsız insanın isə iş yerini itirmək təhlükəsi deməkdir".

Avstriyaya Pfizer/BioNTech vaksinin ilk tranşı on min doza olmaqla dekabrın 26-da gətirilməli və dekabrın 27-də Vyana Tibb Universitetində ilk pasiyentə peyvənd vurulmalıdır. Gələn ilin martına kimi isə ölkəyə ümumilikdə yarım milyon doza vaksin gətirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.