Dünya

Avropa İttifaqı məkanındakı bəzi ölkələr yeni məhdudiyyətlər tətbiq edəcəklər

21 Dekabr 2020 21:10
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı məkanındakı bəzi ölkələrin ərazisinə daxil olma qaydaları yanvar ayından etibarən dəyişdirilə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni məhdudiyyətlər risk zonalarından gələn insanlara aid olacaq. Macarıstan, Slovakiya və Çexiya hökumətləri həmin ölkələrə gəliş barədə yeni qaydalar nəzərdə tutulan xüsusi sənəd hazırlayırlar. Maraqlıdır ki, Şengen zonası ölkələrindən və Avropa İttifaqından kənar ölkələrdən gələn vətəndaşlar üçün yeni qaydalar fərqli olacaq.

Məsələn, Aİ ölkələrindən gələn şəxslər koronavirus testinin nəticələrini və ya son 72 saat ərzində peyvənd olunmaları barədə regional səhiyyə şöbəsindən verilmiş arayış təqdim etməlidirlər. Şengen zonası sərhədlərindən kənarda yerləşən ölkələrdən gələn şəxslər isə hətta bu sənədlər olduğu halda da iki həftəlik karantindən keçməli ola bilərlər. Belə sənədləri olmayan şəxslər isə aeroportdan və ya sərhəddən geri qaytarılacaq.

Bu qərarların qüvvəyə minəcəyi dəqiq tarix hələ elan edilməyib. Çox ehtimal ki, həmin qaydalar 2021-ci il yanvarın ilk günlərindən qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.