Dünya

Bu il bütün dünyada 3 mindən çox miqrant həlak olub

19 Dekabr 2020 11:24
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı məhdudiyyətlərə baxmayaraq, ilin əvvəlindən bütün dünyada 3 174 miqrant həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Pol Dillon bildirib.

Onun sözlərinə görə, bu rəqəm faciəvi hadisələrin yalnız bir hissəsini, xüsusilə də dənizlərdəkini əks etdirir.

Dillon bildirib ki, 2019-cu ildə bütün dünyada 5 327 miqrant həlak olub.

BMqT-nin rəsmi nümayəndəsi qeyd edib ki, təkcə 2018-ci ildə İspaniyanın Kanar adalarına gedən marşrutda 45, 2019-cu ildə 210, cari ilin əvvəlindən isə 593 qeyri-leqal miqrant həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.