Dünya

Bu ölkə ümummilli karantin elan etdi

18 Dekabr 2020 16:34
Baxış: 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli karantin elan ediləcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Polşanın Səhiyyə naziri Adam Nedzelski məlumat yayıb.

Karantin dekabrın 28-dən yanvarın 17-nə qədər davam edəcək. Bu müddət ərzində hotellərin, həmçinin dağ-xizək mərkəzlərinin fəaliyyəti dayandırılacaq.

Yeni ildə hökumət insanların hərəkətini məhdudlaşdırmağı da planlaşdırır. Qadağa 31 dekabr 21:00-dan 1 yanvar 6:00-a qədər qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.