Dünya

Bayden bir neçə nazirin də adını açıqladı

18 Dekabr 2020 14:14
Baxış: 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden komandasındakı isimləri açıqlamağa davam edir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Co Bayden bu dəfə daxili işlər, energetika nazirlərinin və ətraf mühiti qoruma ilə bağlı agentliyin rəhbərinin adını açıqlayıb. ABŞ daxili işlər naziri Nümayəndələr Palatasının üzvü Debra Haaland, energetika naziri Miçiqan ştatının qubernatoru Cennifer Qranholm olacaq. Bayden ətraf mühitlə bağlı agentliyə isə Maykl Reyqanı gətirmək niyyətindədir.

Qeyd edək ki, bütün bu postlara təyinat üçün namizədlər Senatda səsvermədən keçirilir. Senat təsdiqlədiyi təqdirdə onlar vəzifə tutacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.