Dünya

Xəzər dənizində anomal qalınlıqda buz aşkar edilib

18 Dekabr 2020 10:04
Baxış: 1 764
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azov dənizi əvvəlkindən daha tez donmağa başlayıb, Xəzər dənizinin şimalında isə buzun qalınlığı normadakından 30% çoxdur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeoloji Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.

"Bu, Rusiyanın avropa hissəsinin cənubunda kəskin şaxtaların qeydə alınmasındandır. Taqanroq körfəzində Azov dənizini buz örtməyə başlayıb. Həmçinin Xəzər dənizinin şimalı donmağa başlayıb. Özü də qiymətləndirmələrə görə, dəniz buzlaşması bu dövr üçün olan adi göstəriciləri 30% üstələyir. Söhbət buzun qalınlığı və sahəsindən gedir", - Vilfand deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.