Dünya

Ermənistanın daha bir müxalifət lideri Moskvaya getdi

17 Dekabr 2020 17:27
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda müxalifət liderlərindən biri Moskvaya səfər edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, müxalif İşıqlı Ermənistan Partiyasının sədri və parlament fraksiyasının rəhbəri Edmon Marukyan Rusiyanın paytaxtı Moskvaya gedib. Faktı partiyanın mətbuat xidməti təsdiqləsə də, səfərin məqsədi və detallar barədə məlumat verilməyib. Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da Moskvaya səfərə getmişdi.

Qeyd edək ki, Ermənistan mətbuatında hər iki səfərin siyasi xarakterli olduğu barədə qeyri-rəsmi məlumatlar yayılıb. İddialara görə, Moskavada Ermənistanda hakimiyyət dəyişikliyi məsələləri ilə bağlı müzakirələr gedəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.