Dünya

Yəməndə humanitar fəlakət baş qaldırdı

16 Dekabr 2020 17:54
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəməndə humanitar fəlakət baş qaldırıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, mərkəzi Yəmən hökumətinin, husi üsyançılarının, İran, Səudiyyə Ərəbistanı və BƏƏ qüvvələrinin ortasında qalan Yəmən əhalisi aclıq və tibbi ləvazimatlar qıtlığı yaşayır. Silahlı toqquşmalar, hərbi münaqişə bir tərəfdən də humanitar fəlakət ortaya çıxarıb. Beynəlxalq ekspertlər həyəcan təbili çalır.

Yəməndən olan bir qrup ictimai xadim də dünya birliyinə müraciət ünvanlayıb. Türkiyə başda olmaqla, dünya ölkələrinin Yəmən xalqını xilas etməsi ilə bağlı çağırış edilib. Qida çatışmazlığı, tibbi xidmətin yoxluğu milyonlarla insanın həyatını təhlükə altına qoymağa davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.