Dünya

Türkiyə Daxili İşlər Nazirliyi yeni il ərəfəsində küçəyə çıxmaq məhdudiyyətinin şərtlərini açıqlayıb

15 Dekabr 2020 21:42
Baxış: 1 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə yeni il ərəfəsində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə sərəncam göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sərəncamda bildrilib ki, bu ilin sonu, gələn ilin əvvəli tətbiq olunacaq 80 saatlıq küçəyə çıxmaq məhdudiyyəti həftə sonları tətbiq edilən qadağalarla eyni qüvvədə olacaq.

Belə ki, dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvar 2021-ci il səhər saat 5-dək "evdə qalmaq" rejiminə uyğun küçəyə çıxmaq məhdudiyyətlə olacaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhali yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcək.

Bu məhdudiyyət 1, 2, 3 yanvar 2021-ci ildə qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.