Dünya

Həbsdə olan jurnalistlərin sayı AÇIQLANDI

15 Dekabr 2020 18:50
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin dekabr ayına olan məlumata görə, 274 jurnalist həbsdədir və bu, 2016-cı ildə qeydə alınan rekordun (272) yenilənməsi deməkdir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistlərin Müdafiəsi Komitəsi (JMK) ictimai təşkilatı məlumat verib.

Bildirilib k, beşinci ildir həbsdə olan jurnalistlərin sayı 250-ni keçir. Həbsdə olan media işçilərinin 13%-ni qadın jurnalistlər təşkil edir.

Araşdırma aparılan zaman ABŞ-da həbsdə olan heç bir jurnalist olmayıb, lakin 2020-ci ildə ölkədə 110 media işçisi cinayət ittihamı ilə mühakimə olunub, 300 jurnalist hücuma məruz qalıb, bunların əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib.

Bu il 2 həbs cəzası çəkərkən ölüb. Onlardan 1-i koronavirusdan vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.