Dünya

Dünya çempionu AVRO-2020 üçün heyəti müəyyənləşdirdi

12 Dekabr 2020 18:31
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa milli komandasının AVRO-2020-nin final mərhələsi üçün heyəti müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu son dünya çempionunun baş məşqçisi Didye Deşam açıqlayıb.

O bildirib ki, yayda keçiriləcək yarış üçün iştirak ərizəsinin yekun variantını müəyyənləşdirə bilər. Lakin mütəxəssis mümkün zədələrdən ehtiyatlandığı üçün "23-lüy"ü açıqlamağa tələsmir: "Heyət 100 faiz hazırdır. Düzdür, hələ çox şey ola bilər. Amma ümid edirəm ki, bütün oyunçular mövsümü zədəsiz başa vuracaq".

Qeyd edək ki, koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan turnir iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində, o cümlədən Azərbaycan paytaxtı Bakıda keçiriləcək. Fransa millisi Almaniya, Portuqaliya və Macarıstanın da yer aldığı F qrupunun üçüncüsü kimi 1/8 finala adlasa və bu mərhələni keçsə, 1/4 final matçını ölkəmizdə oynaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.