Dünya

Hindistanda sirli xəstəliyin təfərrüatları ortaya çıxdı

9 Dekabr 2020 15:14
Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda yayılan naməlum xəstəliyin səbəbi araşdırılır.

Milli.Az xəbər verir ki, Hindistan Tibb Elmləri İnstitutunun apardığı tədqiqatlarda xəstəliyə yoluxan insanlardan götürülən qan analizində yüksək miqdarda nikel, qurğuşun və ağır metallara rast gəlinib.

Səhiyyə mütəxəssisləri bu kimi bəzi sirli xəstəliklərin nə olduğunu sadəcə laboratoriya analizlərinin ortaya çıxara biləcəyini bildirib.

Andra Pradeş əyalətinin səhiyyə naziri Alla Kani Krişna Srinivas bütün xəstələrin COVID-19 testinin neqativ nəticə verdiyini vurğulayıb və qan nümunələrində hər hansı viral infeksiyaya rast gəlinmədiyini qeyd edib.

Qeyd edək ki, sözügedən xəstəlik səbəbilə 1 nəfər ölüb, 300 nəfər xəstəxanaya yerləşdirilib.

Bəzi mütəxəssislər xəstəliyin kimyəvi zəhərlənmə, hava kirliliyi və ya xarab olmuş süddən qaynaqlana biləcəyini iddia edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.