Dünya

Avstriyada yeni prezident seçildi

26 Aprel 2010 09:08
Baxış: 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hofburq (Avstriya Federal Prezidenti Administrasiyasının yerləşdiyi saray) uğrunda mübarizə üç namizəd - hazırkı federal Prezident Haynts Fişer, Avstriya Azadlıq Partiyasının namizədi Barbara Rozenkrants və Avstriya Xristian Partiyasının rəhbəri Rudolf Qerinq arasında gedib.

Gözlənildiyi kimi, ictimai sorğular əsasında prezident seçkiləri bu vəzifəni hazırda icra edən Haynts Fişerin böyük üstünlüyü ilə başa çatıb. Axşam saatlarında elan edilən ilkin nəticələrə görə, seçicilərin 78,9 faizi Haynts Fişerə səs verib. Barbara Rozenkrants 15,6 faizlə, Rudolf Qerinq isə 5,4 faizlə kifayətlənməli olub.

Bu dəfəki seçkilər ən aşağı seçici fəallığı şəraitində keçən seçkilər kimi yadda qalıb. Ölkə əhalisinin seçki hüququna malik (6,3 milyon nəfər) hissəsinin cəmi 53 faizi prezident seçkilərində iştirak edib. 2004-cü ildə keçirilmiş prezident seçkilərində isə bu rəqəm 71,6 faizə bərabər olub. Avstriyanın ikinci böyük partiyası olan Avstriya Xalq Partiyasının öz namizədi ilə seçkilərə qatılmaması və həmin partiyanın tərəfdarlarının seçkilərə səfərbər edilməməsi qeyri-fəallığa əsas səbəb kimi göstərilir.
Beləliklə, Haynts Fişer növbəti altı ildə Avstriyanın federal Prezidenti vəzifəsini icra edəcək.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.