Dünya

Rusiya COVID-19 vaksinini tətbiq etməyə başlayıb

5 Dekabr 2020 22:34
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya COVID-19 vaksin proqramın başladıb. Moskvada yetmiş klinika şənbə günü insanlara Sputnik-V COVID-19 peyvəndini vurmağa başlayıb. Bu barədə şəhərin koronavirusla mübarizə işçi qrupu xəbər verib.

Vaksin səhiyyə işçiləri, sosial işçilər və məktəblərdə işləyən insanlara tətbiq olunur, çünki onlar koronavirusa yoluxma riski ən yüksək olan insanlardırlar. Mətbuatda verilən məlumata görə, 60 yaşından yuxarı insanlara peyvənd vurulmur.

Rusiyanın vaksini iki dozada tətbiq olunur və ikinci doza birincisindən üç həftə sonra vurulacaq.

Vaksin minlərlə insana tətbiq olunacaq. Lakin neçə vaksin istehsal olunacağı bəlli deyil.

Bəzi alimlər istehsal etmə müdəti qısa olduğu üçün Rusiyanın vaksininin effektivliyini sual edir.

Cons Hopkins Universitetinin məlumatına əsasən, Rusiyada COVID-19-a 2.4 milyon yoluxma, 42 min ölüm halı qeydə alınıb.

Kaliforniyanın San Fransisko şəhəri və ətrafdakı bir neçə mahalda kornavirusla mübarizə çərçivəsində cümə günündən etibarən insanlara evdə qalmaq göstərişi verilib.

Kaliforniyanın qubernatoru Qavi Nyuson cümə axşamı ştatın beş regionunda xəstəxanaların reanimasiya şöbələri 85 faizi dolanda bəzi regionlarda evdə qalmaqla bağlı göstərişlərin verilə biləcəyini deyib.

Lakin San Fransisko və ətrafdakı mahallar xəstəxanalarda xəstələrin sayının artmasını gözləmədən bağlama tədbirləri görüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü bildirib ki, üfüqdə COVID-19 vaksini görüldüyü bir vaxt, ölkələr növbəti pandemiyaya hazırlıqlar görməlidirlər.

"Bir çox ölkələr illərdir verilən xəbərdarlıqlara baxmayaraq COVID-19-a hazır deyildi," ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyesus BMT-nin Baş Assambleyasının koronavirusla bağlı sessiyası zamanı bildirib. "Bir çoxları səhv olaraq güclü səhiyyə sistemlərinin onları qoruyacağını fərz etdi."

O deyib ki, yaxınlarda SARS və MERS kimi koronaviruslarla və digər yoluxucu xəstəliklərlə mübarizə aparan ölkələr COVID-19-un qarşısını almaqda daha müvəffəq olub.

ÜST pandemiya ilə mübarizəsinə görə bəzi ölkələrin tənqidinə məruz qalıb. ABŞ Prezidenti Donald Tramp təşkilatın ən açıq tənqidçilərindən olub və mayın 29-da Birləşmiş Ştatların qlobal səhiyyə təşkilatından geri çəkiləcəyini elan edib. Prezidentliyə yeni seçilmi Co Bayden isə yanvar ayında vəzifəsinin icrasına başlayandan sonra bu qərarı dəyişəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.