İtaliyada Milad və Yeni il bayramlarında regionlararası səfərlər qadağan ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində İtaliyada Milad bayramından Yeni ilədək olan dövrdə səyahət imkanları kəskin şəkildə məhdudlaşdırılacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərarı Cüzeppe Kontenin rəhbərlik etdiyi ölkə hökuməti verib. Hökumətin məqsədi 60 milyon əhalisi olan İtaliyada Milad tətilində və Yeni il ərəfəsində infeksiya hallarını mümkün qədər azaltmaqdır və buna görə də insanların ölkənin müxtəlif regionlarına səfər etmələrinə icazə verilməyəcəkdir.
Konkret olaraq isə 21 dekabrla 6 yanvarı əhatə edən dövr ərzində İtaliya sakinlərinə ölkənin müxtəlif regionlarına səfər etmək qadağan edilib. Bu qərar eyni zamanda dəniz kənarı və ya istirahət bölgələrində ikinci yaşayış yeri olan şəxslərə də şamil olunacaqdır. İstisna hallar əmək fəaliyyəti və səhhəti ilə əlaqədar digər regionlara getməli olan şəxslərə aid ediləcəkdir.
Rəsmi Roma Milad və Yeni il günlərində qaydaları daha da sərtləşdirmək niyyətindədir. Belə ki, 25-26 dekabr və 1 yanvar tarixlərində insanlar öz şəhər və kəndlərində qalmalı olacaqlar. Ölkənin dağ-xizək mərkəzləri də yanvarın 7-dək bağlı qalacaqdır.
İtaliyada gündəlik yoluxma halları ötən ayın ortalarındakı pik həddən (gündəlik təxminən 40 min) yarıbayarı azalsa da (dekabrın 2-də gündəlik 20709 hal), hökumət qaydaları yumşaltmaqla yeni yoluxma dalğasının baş verəcəyindən ehtiyatlanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





