Dünya

Obamanın çıxışına etirazlar davam edir

25 Aprel 2010 17:10
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu müraciətində Osmanlı imperiyasının süqutu günlərində baş verən hadisələrlə bağlı "genosid" sözündən istifadə etməyərək ABŞ Prezidenti olayları ermənilərin dili ilə "Medz yegern" (böyük fəlakət) adlandırıb.

Həmin hadisələrə dair baxışlarını dəfələrlə açıqladığını bildirən Barak Obama 1915-ci ildə erməniləri xilas edən türkləri alqışlamış, türklərlə ermənilər arasında hazırda aparılan dialoqu dəstəklədiyini bildirmişdir.

Amerikanın erməni və türk icmalarının buna cavabı özünü çox gözlətməyib. Elə həmin gün yaydığı bəyanatında Amerikanın Erməni Milli Komitəsi bildirib ki, Prezident Obama Türkiyənin təhdidlərinə bir daha təslim olaraq "soyqırımı" sözündən istifadə etməyib, əvəzində terminologiya mübaliğəsinə yol verib.

Amerikanın Türk Koalisiyası da Obamanın müraciətindən narazılığını açıq ifadə edərək Prezidentin Osmanlı imperiyasının süqutu günlərində itirilən erməni həyatlarını "20-ci əsrin ən dəhşətli qırğını" adlandırdığı halda, minlərlə müsəlman qurbanlarını yada belə salmadığını diqqətə çatdırıb.

ABŞ-ın azərbaycanlı icmasının nümayəndələri də türk icması ilə həmrəylik nümayiş etdirərək Amerika Prezidentinin tarixə birtərəfli baxışına etirazlarını bildirib. Diasporumuzun üzvləri Nyu-York və Vaşinqton şəhərlərində türkdilli amerikalıların etiraz aksiyalarına qoşularaq Azərbaycan bayrağını dalğalandırmış, ermənilərin təcavüzkar siyasəti barədə şüarlar səsləndiriblər.

/AzərTAc/

Uyğun linklər:

Ağ Ev ermənilərin 24 aprelini "böyük fəlakət"ə çevirəcək?

Obama bu gün "soyqırım" sözünü işlədəcəkmi?

Azərbaycanın "erməni soyqırımı" məsələsində Türkiyəyə verdiyi dəstək Ankaranı çox sevindirir - FOTO

Toğrul İsmayıl: "24 aprel yaxınlaşdıqca ermənilər Türkiyəni qarışdırmağa çalışırlar"

Eldar İsmayılov: "Ermənilərin "soyqırım" iddiaları siyasi oyundur"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.