Dünya

Türkiyədəki 153 illik bələdiyyə binası söküləcək

28 Noyabr 2020 17:19
Baxış: 410

Oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ zamanı ziyan görən İzmir bələdiyyə binası söküləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə bələdiyyə sədri Tunç Soyer məlumat verib.

"Binanı söküb yerinə Hökumət Qonağı ilə bütövləşən simvolik bir məkan və məclis binası inşa edəcəyik, qalan yerləri Atatürk meydanına qatacağıq", - deyə Soyer bildirib.

Qeyd edək ki, bələdiyyə binası 1867-ci ildə inşa edilməyə başlayıb, bir il sonra xidmətə hazır olub. 153 illik tarixi olan bina 31 bələdiyyə sədrinə ev sahibliyi edib.

Xatırladaq ki, İzmirdə güclü zəlzələ nəticəsində 115 nəfər həlak olub, 1034 nəfər xəsarət alıb

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.