Dünya

Slovakiya hökuməti kütləvi koronavirus testlərini qeyri-müəyyən müddətə təxirə salıb

27 Noyabr 2020 20:55
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiya hökuməti tədricən bütün ölkə üzrə təşkil edilən kütləvi koronavirus testlərindən geri çəkilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mövzuda mövcud olan hökumətdaxili fikir ayrılığı Baş Nazir İqor Matoviçi dekabrın ilk həftəsonu üçün planlaşdırılan kütləvi testləri təxirə salmağa vadar edib. Bu testləri bütün Avropa üçün örnək adlandıran İ.Matoviç irad və tənqidlərdən sonra növbəti testlərin vaxtını da açıqlamayıb.

Şəhər və Bələdiyyələr Birliyi isə öz açıqlamasında ümumiyyətlə bu cür kütləvi test aksiyalarından çəkinməyə çağırıb, bunun əvəzində isə diqqəti əhalinin xüsusilə riskli qrupuna yönəltməyi tövsiyə edib.

Slovakiyanın koronavirus statistikasında kütləvi testlərin hansısa ciddi dönüşə səbəb olduğu ortaya çıxmayıb. Yoluxma saylarındakı cüzi azalmanın isə ilk növbədə testlərlə deyil, sərt karantin rejimi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Slovakiyada 31 oktyabr-1 noyabr və 7-8 noyabr tarixlərində kütləvi koronavirus testləri həyata keçirilib. Testlər könüllülük prinsipi əsasında olsa da, əlində müvafiq test arayışı olmayan şəxslərə iki həftə boyunca işə buraxılmaması xəbərdarlığı əhalini bu testlərdə iştiraka məcbur edib. Testlərin ilk mərhələsində ölkənin 5,5 milyon əhalisinin 3,6 milyonu iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.