Dünya

Türkiyə COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci sıradadır

25 Noyabr 2020 18:17
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə noyabrın 24-də açıqlanan COVID-19 xəstələrinin sayına görə dünya üzrə 12-ci, ölüm sayına görə isə 11-ci sırada yer alıb. Pandemiya başlayandan indiyədək Türkiyədə koronavirusdan 12 min 672 nəfər həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, verilən son məlumata əsasən, hazırda Türkiyədə ağır xəstə sayı 4 min 543 nəfərdir. Son günlər ölkənin Bursa, Kocaeli və Qaziantep vilayətlərində COVID-19-a yoluxanların sayında böyük artım müşahidə edilir. Ümumiyyətlə ölkə üzrə ən çox xəstə sayı isə İstanbulda qeydə alınıb.

Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində Türkiyədə kafe və restoranların fəaliyyəti yenidən dayandırılıb. Bu məkanlarda sadəcə satış işləri həyata keçirilir. Ölkədəki bütün ictimai-iaşə obyektləri, dövlət və özəl qurumlar müəyyən qrafik üzrə fəaliyyət göstərir. Türkiyənin 81 vilayətinin ictimai nəqliyyat vasitələri 24 saat nəzarətdə saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.