Dünya

Trampdan Baydenlə bağlı növbəti iddia

22 Noyabr 2020 11:02
Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlığa yol verildiyi barədə məlumatlara malik olduqlarını bəyan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, D. Tramp "Twitter" hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.

ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: "Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.