Portuqaliya və İspaniyanın şəhərləri Aİ-nin aparıcı ekoloji şəhərləri siyahısına daxil edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Karbon Emissiyalarının Azaldılması (KEA) üzrə Beynəlxalq Layihə tərəfindən bu gün dərc olunan siyahıya görə, Portuqaliyanın Portu, Braqa və Agueda şəhərləri ətraf mühitin mühafizəsi sahəsində lider sayılan 88 şəhər sırasına daxil edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mənzil-qərargahı Londonda yerləşən KEA ətraf mühitə təsirlərə qarşı mübarizədə investorları, şirkətləri, şəhərləri və regionları dəstəkləyir. KEA hazırda dünyanın ətraf mühitin çirklənməsinə dair ən böyük hesabat bazası olan qeyri-kommersiya təşkilatıdır.
Bu gün dərc olunan siyahıya əsasən, Danimarka bu sahədəki müsbət göstəricilər baxımından Avropa üzrə daha çox şəhər sayına malik olan ölkədir. Danimarkadan sonra bu siyahıda İsveç (beş şəhər), Finlandiya (dörd), İspaniya (üç) və Portuqaliyanın (üç) adı gəlir.
Ən yaxşı nəticələr göstərmiş "A sinfindən" olan şəhərlərin istixana qazlarının tullantılarının azaldılması və iqlim dəyişikliyinin təsirinə qarşı dayanıqlığın yaradılması istiqamətində səyləri tanınır.
Göstərilən səylər nəticəsində Portu, Braqa və Agueda, eləcə də Helsinki, Florensiya və Kopenhagen kimi digər şəhərlər həyat və iş üçün səmərəli, sağlam və çiçəklənən məkanlara çevrilir. Sözügedən şəhərlərdə tullantıların azaldılması və iqlim dəyişikliyinə qarşı müqavimətin gücləndirilməsi istiqamətində səmərəli işlər görülür.
KEA xatırladır ki, qlobal istixana qazı tullantılarının həcmi 2030-cu ildə iki dəfə azaldılmalı, 2050-ci ildə isə fəlakətli iqlim dəyişikliyindən qorunmaq üçün neytrallaşdırılmalıdır. Qeyd edək ki, A siyahısından olan şəhərlər bunun mümkün olduğunu nümayiş etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək





