Dünya

ÜST COVID-19-dan sağalan insanlarda koronavirusun uzunmüddətli təsiri barədə xəbərdarlıq etdi

1 Noyabr 2020 11:42
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan sağalan insanlarda virus həyati vacib orqanlara uzunmüddətli təsirini qoyur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu simptomlar zaman keçdikcə dəyişir və pisləşməyə doğru gedir.

ÜST rəhbərinin sözlərinə görə, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, həmçinin ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsindən gedir.

Qebreyesus COVID-19-dan sağalmanın yavaş ola biləcəyini, həftələr və hətta aylar çəkə biləcəyini bildirdi.

O həmçinin bildirib ki, mənfi nəticələr həm xəstəxanada, həm də evdə müalicə alanlarda, yaşından və cinsiyyətindən asılı olmayaraq eyni dərəcədə özünü göstərir.

Təşkilatın baş direktoru uzunmüddətli nəticələrdən əziyyət çəkən insanların sayının hələ müəyyənləşmədiyini qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.