Dünya

Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO

1 Noyabr 2020 12:09
Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm adamları Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc edilib.

Bildirilir ki, 2012-ci ildə yerə düşən "NWA 7533" meteoritinin mineral tərkibi suya xas olan oksidləşmə əlamətləri göstərib.

Əvvəllər elm adamları suyun Qırmızı Planetdə 3.7 milyard il əvvəl meydana gəldiyini fərz edirdilər. Yeni bir araşdırmaya görə, bu, ən az 700 min il əvvəl baş verib.

Tədqiqatçıların fikrincə, su planetin meydana gəlməsinin əvvəlində bəzi proseslərdən yaranıb. Alimlər bu prosesin nə olduğunu anlamağa müvəffəq olsalar, bu, Yerdənkənar həyatın mənşəyi nəzəriyyəsinə təsir edəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.