Dünya

Koronavirus və “İspan qripi”nin ümumi xüsusiyyətləri açıqlanıb

1 Noyabr 2020 16:30
Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus və "İspan qripi" pandemiyasına səbəb olan virusun yayılmasında oxşarlıqlar var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov xəbər verib.

"Hər ikisi hava-damcı yolu ilə ötürülən respirator infeksiyasıdır. Bu səbəbdən onların yayılmasında ortaq xüsusiyyətlər var", - deyə o bildirib.

Bununla belə həkim koronavirusun yoluxuculuğunun qrip virusundan daha yüksək olduğunu vurğulayıb.

Qeyd edək ki, 1918-1920-ci illər arasında davam edən "İspan qripi" yoluxma halı və ölüm hadisələri baxımından ən geniş yayılmış qrip pandemiyası olub. Müxtəlif hesablamalara görə, "İspan qripi"ndən 100 milyona yaxın insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.