Dünya

Avropa qapanır

28 Oktyabr 2020 12:57
Baxış: 4 268

COVİD-19 koronavirus epidemiyasının yeni dalğası başlanıb.

Avropa ölkələrində virusa yoluxanların və bu bəladan ölənlərin sayı sürətlə artır. Nəticədə karantin tədbirləri daha da sərtləşdirilir.

Almaniyanın Baş naziri Angela Merkelin yanında əyalət başçılarının toplantısı keçirilir. Toplantının sonucları əsasında teatrlar və fitnes-mərkəzlərin qapanması, marketlərdə alıcıların sayının məhdudlaşdırılması, restoranların yalnız yemək sifarişi sistemi ilə işləməsi və sosial təmasların məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilə bilər.

Milli.Az bildirir ki, İtaliyada yerli vaxtla 16.30-da Baş nazir Konte parlamentdə hesabat verəcək. Bu gündən etibarən İtaliyada  restoranlar və kafelər saat 18.00-dan sonra qapanacaq. Teatrlar, kinoteatrlar, trenajor zalları və kazinolar bağlanır. Məktəblər tədris planının 75 faizini məsafəli tədrisə keçirməlidir. Bu qaydalar noyabrın 24-dək qüvvədə olacaq.

Fransada yerli vaxtla saat 22.00-də prezident Emmanuel Makronun çıxışı gözlənilir. O, 4 həftə davam edəcək özünütəcrid rejimini elan edəcək. Başqa sərtləşdirici tədbirlər də ola bilər. Məsələn, hazırda ölkənin 54 departamentində tətbiq edilmiş, saat 21.00-dan 06.00-dək küçəyə çıxış yasağını nəzərdə tutan komendant saatı rejimi genişləndirilə bilər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.