Dünya

Ermənistanın Türkiyədən məhsul idxalına qadağası iqtisadiyyata təsir göstərməyəcək

22 Oktyabr 2020 17:54
Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Türkiyədən məhsul idxalına müvəqqəti qadağa tətbiq etməsi Türkiyə iqtisadiyyatına heç bir təsir göstərməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Vurğulanıb ki, Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana məhsul ixracının həcmi ümumi ixracın 1 faizini də təşkil etmir:

"Türkiyə məhsullarının Ermənistanda boykot olunmasının hansısa bir formada Türkiyə iqtisadiyyatına təsir edəcəyini düşünmək absurd və gülməlidir".

Qeyd edək ki, Ermənistan hökuməti oktyabrın 21-də Türkiyədən məhsul idxalını müvəqqəti qadağan edən qərar qəbul edilib. Həmin qərar dekabrın 31-də qüvvəyə minəcək və 6 ay müddətində qüvvədə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.