Dünya

Türkiyədə son sutkada koronavirusdan 66 nəfər ölüb

16 Oktyabr 2020 09:12
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 66 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 116 103 şübhəli koronavirus testindən keçib, onlardan 1693-nün cavabı pozitiv çıxıb, 1311 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1408  nəfər olub.   

Türkiyədə ümumilikdə 342 143 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9080 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.