Dünya

Koronavirusu zəiflədir və öldürür - Artıq patentləşdirilib

16 Oktyabr 2020 05:30
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada COVID-19-un aktivliyini zəiflədən və onu məhv edən yeni dərman patentləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Federal Biotibbi Agentlik məlumat yayıb. Bildirilib ki, dərman nəinki simptomları aradan qaldırmağa, eyni zamanda koronavirusun fəaliyyətini məhv etmək gücünə də malikdir.

Dərman SARS-CoV-2-yə qarşı birbaşa antiviral aktivliyə malik olan RNT müdaxilə mexanizmi əsasında hazırlanıb. Dərmanın tamamlayıcılıq prinsipinə əsasən xüsusi olaraq koronavirusun genomik RNT-si ilə birləşən sintetik mikro-RNT-lərin birləşməsidir. Beləliklə, genomu və bir neçə geni məhv edərək koronavirusun aktivliyi zəiflədilir.

Dərmanın preklinik testləri artıq aparılıb, nəticələrinə görə dərman antiviral aktivliyin yüksək spesifikliyini göstərib, eyni zamanda toksik təsir göstərmədən təhlükəsizdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.