Dünya

Televiziya layihəsinin ulduzu “Gelendvagen”lə piyadanı vurub öldürdü - Anbaan VİDEO

6 Oktyabr 2020 10:54
Baxış: 5 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Moskva şəhərində "Subay" televiziya layihəsinin ulduzu Viktoriya Korotkova idarə etdiyi minik avtomobili ilə ağır yol-nəqliyyat hadisəsi törədib.

Milli.Az avtosfer.az-a istinadla bildirir ki, hadisə oktyabrın 5-də axşam saatlarında Kutuzov prospektinin 7-ci kilometrliyində baş verib.

Məlumata görə, Viktoriya Korotkova sürdüyü "Mercedes Gelendvagen" markalı minik avtomobillə, hərəkətdə olarkən, yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçən şəxsi vurub. Qəza nəticəsində piyada aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.