Dünya

Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

23 Sentyabr 2020 00:45
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilməsi üzrə layihəsində iştirak üçün 770 milyon dollar ayıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vəsaitlərin əsas hissəsini yeni pilotsuz yük gəmisinin yaradılmasına yatırmaq planlaşdırılır. O, 2009-cu ildən yüklərin Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün istifadə olunan mövcud "Kounotori" kosmik gəmisini əvəzləyəcək. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Japan Aerospace eXploration Agency - JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi rekord 2,6 milyard dollar təşkil edir.

2019-cu ildə Yaponiya ABŞ Kosmik Agentliyinin (NASA) Ay proqramına qoşulmaq barədə qərar qəbul edib. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi və "NASA" arasında Yerin təbii süni peykinin tədqiqi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.