"Heç kimin bu virusa yoluxmasını istəmirik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni növ koronavirus (COVID-19) infeksiyası çox sayda insana təsir edir. Hindistan, ABŞ, Latın Amerikası ölkələrində, o cümlədən Braziliya və Argentinada artan qrafik üzrə dəyişən yoluxma halları müşahidə olunur. Pandemiyanın yükünü əsasən Amerika qitəsi çəkir. Yeni yoluxma hallarının yarısı bu qitədədir. Avropada da yoluxmanın artdığını görmək olar. Xüsusilə Qərbi Avropada - Fransa, İspaniya, Böyük Britaniyada və Aralıq dənizinin şərqində vəziyyət belədir. Mahiyyət etibarilə yoluxma hələ də geniş yayılmaqda davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris deyib.
O bildirib ki, virusa yoluxma halları yanvardan başlayaraq artmaqda davam edir. Yoluxmanın pik həddə çatdığını deyə biləcək mərhələdə deyilik. Çünki yoluxma hər gün daha da artır. Bəzi ölkələrdə isə yoluxmanın qarşısı alınıb. Nümunə üçün Asiyanın şərqini deyə bilərəm. Həmin ölkələrdə yoluxma hallarının qarşısını almaqda uğur əldə olunub.
Marqaret Harris qeyd edib ki, qış fəsli Avropada soyuq keçdiyindən insanlar bir yerdə daha çox toplaşırlar. Belə olan halda yoluxmanın qarşısını almaq çətin olacaq. Bunun üçün qapalı yerlərdən, yaxın ünsiyyətdən və toplaşmadan qaçmaq lazımdır. Əgər bir yerdə toplaşmaqdan qaça bilmirsinizsə, maskadan istifadə edin, əllərinizi yuyun.
COVID 19-dan sağalma prosesinin insandan-insana fərqləndiyini bildirən M.Harris deyib: "Tədricən daha çox insanın uzunmüddətli COVID-19 xəstəliyindən əziyyət çəkdiyini görürük. Xəstəliyin simptomları fərqlidir. Bəzi insanlarda saçların tökülməsi, ciddi yorğunluq halları baş verir. Buna ortamüddətli simptomlar deyilir. Enerjili insanlar əvvəlki kimi enerjili olmadıqlarını bildirirlər. Bəzi insanlar pilləkənləri qalxarkən təngnəfəs olmalarından, o cümlədən başağrısı, depressiya, psixoloji yorğunluq, görmə qabiliyyətinin zəifləməsindən, yataqdan çıxa bilməməkdən şikayətlənirlər. Bütün bunlar müşahidə olunan simptomlardır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, xəstəliyi simptomsuz keçirənlərdə də müəyyən xəsarət qalır. Xəstəlikdən sağalma prosesi çox çətindir. Xüsusilə xəstəliyin kəskin dövründə onunla mübarizə aparmaq çətindir. Heç kimin bu virusa yoluxmasını istəmirik. Ona görə də hamıya yoluxmanın qarşısını almaq üçün əllərindən gələni etmələrini tövsiyə edirik".
"Hazırlanma mərhələsində olan 170-dən çox vaksin mövcuddur. 30-dan çox vaksin daha təkmil, 5-6 vaksin isə üçüncü, yəni yekun mərhələdədir. Bütün vaksinlər bəzən müəyyən qrup insanlar üçün uyğun olur. Bunu müəyyən etmək üçün genişmiqyaslı sınaqlar aparmalıyıq. Bu, müəyyən zaman alır. Peyvəndin hansı dərəcədə effektiv olduğunu və hansı qrup insanlara təsir etdiyini anlamaq üçün dərin elmi araşdırma aparmaq lazımdır. Vaksinasiyanın 2021-ci ilin ortalarından daha erkən olacağını gözləmirik. İlin sonunadək üçüncü mərhələdə olan peyvəndlərin sınağının yekunlaşmayacağı təqdirdə hər hansı bir nəticə əldə oluna bilinməyəcək. Sınaqlar bitdikdən sonra hansı vaksinin daha uyğun olduğunu müəyyən edəcəyik", - deyə ÜST-nin mətbuat katibi qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı





