Dünya

ABŞ-dakı meşə yanğınlarının tüstüsü Avropaya çatır

17 Sentyabr 2020 08:23
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın qərbindəki meşə yanğınlarından gələn tüstü yalnız ölkənin şərq sahillərinə deyil, Avropanın şimalındakı bir sıra ölkələrə də çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə peyklərdən çəkilmiş şəkillərə əsasən alimlər bildirib.

CNN-in məlumatına görə, ölkədəki meşə yanğınlarının qurbanlarının sayı 36-ya yüksəlib. Ən çətin vəziyyət Oreqon, Kalifornia, Aydaho və Vaşinqton ştatlarındadır. Aydahoda yerləşən Milli İdarələrarası Yanğın Mərkəzi açıqlamasında 10 qərb ştatında 87 böyük ərazini əhatə edən meşə yanğını ocağının alovlanması bərədə məlumat yayıb. Yanğınların ümumi sahəsinin təxminən 1,9 milyon hektar olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.