Dünya

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

16 Sentyabr 2020 17:50
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir. İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.