Dünya

Yaponiyada yeni Baş nazir

16 Sentyabr 2020 10:52
Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yoşihide Suqa rəsmi olaraq Yaponiyanın yeni Baş naziri seçilib. 

Milli.Az APA-ya istinadən bildirir ki, Nümayəndələr Palatası hökuməti formalaşdıran yeni baş naziri seçmək üçün fövqəladə iclas keçirib. Səsvermədə iştirak edən 462 nəfərdən 314-ü hakim Liberal Demokratik Partiyasının prezidenti Y. Suqaya səs verib. 

Qeyd edək ki, Yaponiya baş naziri Sindzo Abe və onun təmsil etdiyi hökumət tam tərkiblə istefaya gedib. Y. Suqa əvvəl Baş nazir Şindzo Abenin Baş Katibi vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.